Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:09

Suriyada 45 mindən çox adamın öldüyü bildirilir


2011-ci ilin martından bu yana Suriyada gedən silahlı toqquşmalarda 45 mindən çox adam ölüb.

Bu barədə Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri xəbər verirlər.
Qrupun rəhbəri Rami Abdel Rahmanın sözlərinə görə təkcə ötən həftə ölkədə 1000-nə yaxın adam ölüb ki, onların əksəriyyəti dinc sakinlərdir.
O qeyd edib ki, ölənlərin real sayı 100 minə yaxın ola bilər.

Bu arada Suriyanın hərbi polis rəisi Abdulaziz Shalalın qiyamçıların tərəfinə keçdiyi və Türkiyəyə qaçdığı xəbər verirlir.
O videomüraciətində ordunun artıq ölkə sakinlərini qorumaq iqtidarında olmadığını və hərbi hissələrin getdikcə qatil dəstələrinə çevrildiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG