Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:07

Misir sakinləri yeni konstitusiyaya hə dedi


Misirdə yeni konstitusiya layihəsi ilə bağlı referendumun rəsmi nəticələri açıqlanıb.

Seçicilərin 63, 8 faizi yeni konstitusiyaya hə deyib.
Amma iki mərhələli referendumda seçicilərin təxminən 33 faizi iştirak edib.

Yeni konstitusiya layihəsini islamçıların çoxluq təşkil etdiyi konstitusiya assambleyası hazırlayıb.

Müxalifət referendum zamanı xeyli qanun pozuntusuna yol verildiyini, yeni konstitusiya layihəsinin azlıqlar və qadınların hüquqlarına təminat vermədiyini deyir.

Onlar prezident Morsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafir konstitusiya hazırlamaqda günahlandırır.

2 ay ərzində ölkədə yeni parlament seçkisi keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG