Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:54

2012-ci ildə insan haqları [Video]


Hüquq müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyev bu barədə fikirlərini bölüşürlər.


-
İntiqam Əliyev:

«Əfvin özünü yaxşı nəticə kimi qiymətləndirənlər var. Hər dəfə biz vurğulayırıq ki, əfv bir alver vasitəsinə çevrilib. Azərbaycan hakimiyyəti müntəzəm olaraq öz haqlarını müdafiə edən insanları həbsxanalara salır. Sonradan siyasi alver vasitəsinə çevirir bunu. Biz də - insan hüquqları müdafiəçiləri, vətəndaş cəmiyyəti qurumları, beynəlxalq təşkilatlar bu prosesin fəal iştirakçısına çevrilir. Yalvarırıq, yaxarırıq, gedirik, görüşürük və bunu da mediada öz qəhrəmanlığımız kimi qələmə veririk. Sonra da hansısa bir əhəmiyyətli bir hadisə ərəfəsində, tutaq ki, seçki ərəfəsində hansısa bir basqılar ərəfəsində, AŞPA-da müzakirələr ərəfəsində əfv fərmanı çıxır. Hamımız da bundan sonra başlayırıq tərifləməyə ki, sağ olsun prezident, əfv etdi, gözəl insandır, ətrafı pisdir və s. Əslinə qalsa, əfv xahişi, əfv müraciəti, əfv minnəti ziyanlı bir şeyə çevrilib. Vətəndaş cəmiyyəti kimdənsə əfv xahişi etməli deyil. Vətəndaş cəmiyyəti, toplum ölkədə hakimiyyətdən insanların haqqını təmin etməyi tələb etməlidir...».

Leyla Yunus:

«Sanki orta əsrlərdə yaşayırıq. Şah sağ olsun, əfv etdi. Mən pul məsələsinə toxunmaq istəmirəm, bunun üçün camaatdan hələ pul da yığırlar. Fikir versəniz, görərsiniz ki, siyasi məhbuslardan o adamları azad edirlər ki, o, həbs cəzasının 70 faizini çəkmiş olur. Bir siyasi məhbusun yerini sonradan iki nəfər tutur. Həmişə bu proseslər baş verəndə, elə hiss edirik ki, orta əsrlərə qayıdırıq. Hətta sovet vaxtına yox. Çünki sovet vaxtında da çalışırdılar qanuna baxsınlar. İndi isə heç bir qanuna söykənmədən bu hadisələr baş verir. Yəni, orta əsrlərdə olduğu kimi, bir nəfərin, Sultanın əmri qanuna çevrilir. Ola bilsin, mən pessimistəm. Amma proqnoz verə bilərəm ki, gələn il də eyni vəziyyət hökm sürəcək. Bəlkə də bundan da pis olacaq. Siyasi məhbusların sayı 3 qat artacaq. Çünki seçki ilidir. Bir sözlə, tutatut olacaq...».
XS
SM
MD
LG