Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:08

4 manat 72 qəpiklik SMS gündəlik xidməti



İKT İnformasiya Mərkəzinin dekabrın 26-da yaydığı məlumata görə, «Elektron məktəb» layihəsinə qoşulmuş təhsil müəssisələrində SMS gündəliklərin istifadəsi genişlənir.

Valideynlərin mobil telefonlarına övladlarının davamiyyəti və onların qiymətləri barədə SMS göndərilməsi xidməti pulludur – ayda 4 manat 72 qəpik.

Elektron gündəlik xidməti elektron jurnalların tətbiqi ilə əlaqədardır. Bakı, Sumqayıt, Gəncə, Şamaxı, Quba, Lənkəran, Ağdaş, Şirvan şəhərlərində yerləşən 32 ümumtəhsil məktəbində elektron jurnallar tətbiq olunur.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, elekton jurnallardan istifadə edən məktəblərin sırasına cari dərs ilində daha 11 məktəb cəlb olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG