Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:21

Sərhəddə yaşayan azərbaycanlılar xarici pasportsuz İrana gedə bilməyəcək


Azərbaycan ilə İran arasında sərhədyanı rayonlarda yaşayan hər iki ölkənin vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında memorandumun ləğv edilməsi ilə bağlı qanun qüvvəyə minib.

Trend-in məlumatına görə «Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında» Memorandumun təsdiq edilməsi barədə qanunun ləğv edilməsi haqqında qanun dekabrın 26-dan qüvvəyə minib.

Bu memorandumun əsasında SSRİ ilə İran arasında imzalanmış sərhəd rejiminin tənzimlənməsinə dair qaydalar olub. Bu qaydalar iki dövlət arasındakı sərhəd xəttindən hər iki tərəfə 45 km enində yerləşən sərhədyanı rayonlarda yaşayan tərəflərin dövlətlərinin vətəndaşlarına şamil edilirdi.

Memoranduma əsasən sərhədyanı rayonlarda daimi yaşayan Azərbaycan vətəndaşları sadələşdirilmiş qaydada İrana səfər etmək üçün xüsusi qeydlər səhifəsində sərhədyanı rayonlarda daimi yaşamaları barədə Azərbaycan və ingilis dillərində «qeyd» aparılan ümumvətəndaş pasportları əsasında sərhədi keçə bilərdilər, sərhədyanı rayonlarda daimi yaşayan İran vətəndaşları isə sadələşdirilmiş qaydada Azərbaycana səfər etmək üçün qəbul olunmuş formada fars və rus dillərində tərtib olunan «sərhəd keçidlərinə dair sertifıkat» əsasında sərhədi keçmək hüququna malik idilər.
XS
SM
MD
LG