Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:50

Kabildə amerikalı təlimatçını öldürən qadının İran vətəndaşı olduğu bildirilir


Foto arxiv
Foto arxiv
Kabildəki polis kompleksində amerikalı hərbi təlimatçını güllələyən Nargas adlı qadın polis Əfqanıstan yox, çox güman ki, İran vətəndaşıdır.

Bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi xəbər verir.
Nazirliyin mətbuat katibi Sidiq Sidiqi 4 uşaq anası olan 33 yaşlı bu qadının təxminən 10 il əvvəl saxta yollarla Əfqanıstan pasportu aldığını deyir.

Amma Sidiqi istintaq zamanı onun yaraqlılarla əlbir olması barədə elə bir dəlil aşkar edilmədiyini bildirir.

Onun güllələdiyi 49 yaşlı Joseph Griffin əfqan polisinə təlim keçirmiş.
Nargas uzun illərdi ki, Əfqanıstanın daxili işlər nazirliyində işləyirmiş.
XS
SM
MD
LG