Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:56

Misirdə referendumun nəticəsi gözlənir


Bu gün Misirdə yeni konstitusiya layihəsi ilə bağlı keçirilmiş referendumun rəsmi nəticəsi gözlənilir.

“Müsəlman qardaşları” hərəkatı və digər mənbələrin məlumatına görə seçicilərin təxminən 64 faizi yeni konstitusiya layihəsinə hə deyib.

Əgər yeni konstitusiya qəbul edilsə 60 gün ərzində ölkədə yeni parlament seçkiləri keçirilməlidir.

Müxalifət yeni konstitusiya layihəsinin qadın hüquqları və demokratik azadlıqlara cavab vermədiyini deyirlər.
Onlar prezident Morsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” hərəkatını özlərinə müvafiq konstitusiya hazırlamaqda günhalandırır.
XS
SM
MD
LG