Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:43

Bakıda Avropa Komissiyasının rəsmisinin kompüterinə müdaxiləyə dair yeni bilgi


Ryan Heath
Ryan Heath
-

Noyabrın 5-9-da Bakıda keçirilən İnternet İdarəçiliyi Forumu zamanı Avropa Komissiyasının iki rəsmisinin kompüterlərinə kənardan müdaxiləyə dair yeni məlumat yayılıb.

Forumda kompüterinə müdaxilə edildiyini deyənlərdən Ryan Heath – Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes-un mətbuat katibi, 4 gün öncə öz «Twitter» hesabında belə yazıb:

«Artıq bizim IT təhlükəsizlik xidmətindən şəxsi kompüterimlə bağlı önəmli yenilik var: Kompüter ziddiyyətli sertifikat və şübhəli mesajları qəbul edib və parollara müdaxiləni istisna etmək mümkün deyil. Məlumat itkisi və zərərli proqramın olmaması bizi rahatlatsa və məsələnin aktuallığı bitsə də, bu barədə daha çox bilgi toplasam, açıqlayacağam».

Sözügedən mətbuat katibi noyabrın 8-də, səhərçağı oteldə olarkən, şəxsi kompüterlərinə müdaxilədən söz açmışdı:

«Bu gün səhər şəxsi kompüterimdə çalışırdım. Nahara çıxıb geri qayıdanda «Apple»dan mesaj aldım ki, kompüterimə bilinməyən ünvandan, başqa bir avadanlıqdan daxil olublar. Öz komüterimə kənardan girməyə çalışmadığımdan, kimin müdaxilə etdiyini ilımirəm. .. Belə bir olayın baş verməsi, əlbəttə, xoş deyil».
XS
SM
MD
LG