Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:49

Havalar kəskin soyuyarsa, evsizlər üçün sığınacaq qurulacaq


«Havalar kəskin soyusa, evsizlər üçün səyyar sığınacaqların qurulması nəzərdə tutulub. Nazirlik bu istiqamətdə bütün işləri görüb. Hazır vəziyyətdəyik».

Bunu AzadlıqRadiosuna Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlham Məmmədov deyib.

Ötən il Bakının Nərimanov, Nəsimi, Xətai, Xəzər və Nizami rayonlarında evsizlər üçün səyyar sığınacaqlar qurulmuşdu. Rayondan paytaxta gəlib geri dönməkdə çətinlik çəkənlər, yaşayış yerinə gedə bilməyənlər və gecələməyə yeri olmayanlar bu sığınacaqlardan istifadə etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG