Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:25

Bakıda top mərmisi tapılıb


Bakının Xətai rayonunda, dəniz limanında 100 mm-lik top mərmisi tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, mərmi qazıntı işləri aparılarkən üzə çıxıb. Nazirliyin mütəxəssisləri istifadəyə yararsız top mərmisini götürərək aidiyyəti üzrə təhvil veriblər.

Hadisə yerinə təkrar baxış keçirilsə də ərazidə başqa partlayıcı qurğu və ya hərbi sursat aşkar edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG