Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

«Porno ulduz» olmaq hüququ?


Anastasia Hagen (Grishai) Çexiya parlamentinin qarşısında çılpaq etiraz edir, 6 Dekabr 2012-ci il

Anastasia Hagen (Grishai) Çexiya parlamentinin qarşısında çılpaq etiraz edir, 6 Dekabr 2012-ci il

-
Uşaqları ilə oynayanda görsəniz, Anastasiya Hagenin adi analardan heç bir fərqi yoxdur. 3 oğlu var, birinin hələ 1 yaşı təzəcə olub, o biriləri 4 və 10 yaşlarındadır.

UKRAYNADAN QAÇAN PORNO ULDUZ

Ancaq Anastasiya heç də adi ana deyil. 27 yaşlı bu göygöz ukraynalı qız öz ölkəsində ən məşhur porno ulduzdur. Filmlərdə Wiska ləqəbiylə tanınır. 10-larla pornoqrafik filmlərdə çəkilib . İndi isə o məhz peşəsinə görə Avropa Birliyindən siyası sığınacaq istəyən ilk porno ulduz kimi tarixə düşüb.

Anastasiya 2011-ci ilin fevralında Ukraynadan qaçıb Çexiyaya gəlib. Ukraynada 2009-cu ildə yeni qəbul edilən qanundan sonra o, porno sənayedə çalışmaq və videoları yaymaq kimi cinayət ittihamı ilə qarşılaşıb.

Anastasiya isə heç vaxt pornofilmlərin yayılmasıyla məşğul olmadığını deyir. Onun sözlərinə görə, axtarış zamanı Ukraynada ərinin kompüterində tapılan videolar da, şəxsi istifadə üçün olub:

“Porno okeanında mən ancaq bir damlayam. Mənim kimi minlərlə qız var. Mən filmdə çəkilirdim, işimi qurtarıb geyinirdim, pulumu alırdım və evimə gəlirdim və adi analar kimi həyatımız yaşayırdım. Mən bütün başqa analar kimi, uşaqlarıma baxıram və heç vaxt onlara nə iş gördüyümü demirəm”.

Anastasiya Hagen ilə videoreportaj


PORNO ULDUZ VƏ ANA?

Ukraynada 2009-cu ildə qəbul edilən qanuna görə, indi Anastasiya 9 il həbs cəzası ala bilər. Üstəlik, Ukraynanın sosial xidmətləri onun uşaqlarını da əlindən almaq istəyir. Bildirirlər ki, gördüyü işlə uşaqlarına yaxşı nümunə olub, tərbiyə verməsi mümkün deyil, odur ki, uşaqlar internatda böyüsə yaxşı olar.

Artıq porno filmlərdə çəkilməyi buraxdığını deyən Anastasiya isə deyir ki, əslində bu qanun Ukraynada siyasətçilərin pornoqrafiyaya qarşı başlatdığı xaç yürüşünün qurbanı seçilib.

Amma bu iddialara baxmayaraq, Çexiya dövlət qurumları ona sığınacaq vermək istəmir. Son anda məhkəmənin müvəqqəti olaraq Çexiyada qalmağa icazə verməsi haqda qərarı olmasaydı, onun ölkədən deportasiyası gözlənilirdi.

KEŞİŞLƏR ANASTASİYAYA QAHMAR ÇIXIB?

Ukraynada Anastasiyanın müdafiəsinə ancaq yarı-çılpaq aksiyaları ilə tanınan “Femen” qrupu qalxıb. Elə Anastasiya özü də yarıçılpaq şəkildə Çexiya parlamentinin qarşısında etiraz aksiyası keçirib. Bundan sonra Çexiyada bir Katolik, bir də Yevangelist kilsəsinin rahibi ona sığınacaq təklif edib.

ÖZ BƏDƏNİYLƏ İSTƏDİYİNİ ETMƏK HÜQUQU?

Anastasiya deyir ki, o qadınların öz bədənləri ilə istədiyini etmək və istədiyi yerdə işləmək hüququ üçün mübarizə aparır. Hər kəsin istədiyi həyatı yaşamaq azadlığı olmalıdır. Mən 21-ci əsrdə yaşadığımızı düşünürdüm, amma Ukrayna 19-cu əsrə qayıdıbmış.

Anastasiya kimilərin cinayət məsuliyyətinə cəlb edilməsini istəyən 5 deputatdan biri isə Krımdan olan kommunist deputat Leonid Grach olub. Grach indi deputat olmasa da, prokurorluğa Anastasiya haqda müraciət etməsindən peşman deyil.

Deyir ki, “Bu onun iddia elədiyi kimi insan haqlarının pozuntusu deyil. Bu, lap gəncliyindən əxlaqsız, biyabırçı işlərlə məşğul olmaqdır. O rəsmən pornoda çəkildiyi çox yaxşı bilinən yeganə ukraynalı qızdır və bunun qarşısını almaq lazım idi.”

"HÖKUMƏT MƏNƏ MƏNƏVİYYATSIZ DEYƏ BİLMƏZ, ÇÜNKİ..."

Anastasiya isə bildirir ki, “18 yaşında əri həbsə girəndə 1 yaşında oğluma baxmaq üçün pornoda çəkilməyə məcbur oldum. Çünki, hökumətin verdiyi 90 hrivna (11 dollar) müavinət ilə uşağa baxmaq mümkün deyildi. Təhsilim olmadığı üçün normal iş verən də yox idi. Ailəm də dəstək olmadı mənə. Neyləməliydim? Odur ki, indi Ukrayna siyasətçilərinin özümə, uşağıma baxmaq üçün bu yolu seçdiyimə görə mənə mənəviyyatsız deməyə ixtiyarı çatmır.”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG