Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:29

Müsavat qurultayını Gürcüstanda keçirməyəcək


-
Müsavat Partiyası növbəti qurultayını Gürcüstanda yox, Bakıda keçirmək istəyir. Bunun üçün Bakı şəhər İcra Hakimiyyətindən partiyaya 800-1000 nəfərlik yer ayırmasını istəyib.

Dekabrın 24-də Müsavat Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətinin məlumatında deyilir ki, Müsavat qurultay keçirmək üçün 2012-ci ildə Bakı şəhər İcra Hakimiyyətinə 4 dəfə müraciət edib. İcra hakimiyyətinin təklif etdiyi yerlər isə qurultayın keçirilməsi üçün yararlı olmayıb:

«Qurultayın Gürcüstanda keçirilməsi ilə bağlı aparılan danışıqlar nəticəsində tədbirin bu ölkədə keçirilməsinin mümkünlüyü aydınlaşıb. Lakin bu məsələnin Gürcüstanda yeni formalaşan hakimiyyətlə Azərbaycan hakimiyyəti arasında problemlər yarada biləcəyini nəzərə alaraq, biz qurultayın ölkədə keçirilməsinin tərəfdarıyıq».
XS
SM
MD
LG