Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:18
-
Ankarada İkinci Uluslararası Mahmud Kaşqarlı Hekayə Yarışmasının beynəlxalq mərhələsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib.

APA-nın məlumatına görə, Avrasiya Yazarlar Birliyinin təşkil etdiyi müsabiqə bu il paralel şəkildə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Krım, İran, İraq və Qaraçay-Balkarda gerçəkləşdirilib.

Sonda müsabiqəyə Ankarada, beynəlxalq mərhələnin nəticələrinin müəyyənləşdirilməsi ilə yekun vurulub.

İkinci Uluslararası Mahmud Kaşqarlı Hekayə Yarışmasının beynəlxalq mərhələsinin qalibi Azərbaycan ədibi Əjdər Ol seçilib.

Əjdər Olun müsabiqəyə təqdim etdiyi «Qəzənfər müəllimgilin Şuşaya yürüşü» hekayəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb.

İkinci yeri qırğız yazar Aydarbek Sarmanbetov tutub, üçüncülük qaraçay-balkarlı Müttəlib Beppayev-ə nəsib olub.

Fəxri mükafat isə qazax Devren Kuat-a verilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG