Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:36

Məhkəməyə işin düşəndə internet dadına çatırmı?


-
-
Facebookdan şərh yaz

Azərbaycanda məhkəmələrin elektron xidməti necə qurulub? Hakimlərin fəaliyyəti virtual dünyada nə qədər şəffaf görünür?

Azadlıq FM-də məhkəmələrin online şəffaflığı mövzusunu təhqiqatçı Xalid Ağalıyev və vəkil Elçin Namazov müzakirə edib.

Xalid Ağalıyev və Elçin Namazovun canlı efirdə dediyi bəzi fikirlər:

Vəkil Elçin Namazov:
- Şirvan apellyasiya məhkəməsində statistika, məhkəmə qərarlarını yerləşdirilib. Ümumiyyətlə məhkəməyə neçə şikayət ərizəsi verilib, neçəsi ləğv olunub və s. haqda məlumatlara burada rast gəlmək olar.
- Reallıq budur ki, Azərbaycanda hakim, məhkəmələr prokurorluqdan asılı vəziyyətdədir.
- Əgər tələb olunmasa saytlar normal qaydada işləməyəcək.

Təhqiqatçı Xalid Ağalıyev:

- 2008-ci ilin sonuna qədər məhkəmələrin saytları olmalı idi.
- Hazırda bütün qurumlar öz internet saytlarını yaradıblar. 110 məhkəmənin internet resusrsu var. Yuxarı pillədə duran saytlar isə dövlət qurumlarına məxsusdur.
- Məhkəmə hüquq şurası da məhkəmələrin portalını yaradıb.
- Portaldadakı saytların informasiya yükü eynidir. Şəffalıqsa təxminən 30 %-dir.
- Məhkəmədə kim çalışırsa saytlarında onların kimlikləri barədə informasiya olmalıdır.
- Xarici ölkələrin təcrübələrinə baxdıqda görərik ki, hakimlərin maaşı haqda məlumatlar da saytlarında yerləşdirilib.

Məhkəmələrin saytında elektron şikayət, elektron müraciət olmalıdırmı?

Bu və digər sualların ətraflı cavabını eşitmək üçün:


Şərhləri göstər

XS
SM
MD
LG