Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:35

2012-ci ilin siyasi yekunu və 2013-cü il gözləntiləri


Siyasi şərhçilər Gültəkin Hacıbəyli, Ərəstun Oruclu və Zərdüşt Əlizadə bu barədə danışırlar


-
Gültəkin Hacıbəyli:

«2012-ci il gərgin keçən bir il oldu. Siyasi gərginliyinə görə ötən illərlə müqayisə olunmaz bir il oldu. Mən bu ili kifayət qədər müsbət bir il hesab edirəm. Azərbaycan ictimai-siyasi həyatı üçün çox əhəmiyyətli bir il oldu. Azərbaycanda belə məşhur deyim var: Azərbaycan həqiqətləri. Bu il Azərbaycan həqiqətlərinin həm dünyaya, həm yerli ictimaiyyətə çatdırılmasında çox önəmli bir il oldu. «Eurovision» ərəfəsində beynəlxalq kampaniyalar nəticəsində beynəlxalq mətbuat Azərbaycan həqiqətlərinə çox ciddi diqqət yetirdi. Daha sonra Elşad Abdullayev Azərbaycan həqiqətlərini ictimaiyyətə yaymağa başladı. Bu rüsvayçılıq insanlara bəlli oldu. Mən bu ili ümumilikdə şəffaflaşma və oyanış ili adlandırardım…».

Ərəstun Oruclu:

«2012-ci il sistemin böhran ili oldu. Məsələ burasındadır ki, «sistem böhranı» anlayışı ümumiyyətlə yeni anlayışdır. Biz 2012-ci ildə sistemin çökməsinin, bunun böhranının şahidi olduq. Qalan bütün məsələlər əlbəttə ki, həmin bu böhranın təzahürüdür. 2012-ci il yanvar ayında «Spiegel» jurnalındakı məqaləni xatırlatmaq istəyirəm. İlk dəfə idi ki, Qərbdə Azərbaycan iqtidarını darmadağın edən, onun kriminal əməllərini ifşa edən belə bir məqalə ortalığa çıxmışdı. Bu start nöqtəsi idi və onda artıq hesab götürmək lazım idi ki, 2012-ci il nə ilə başlayır... Azərbaycan hakimiyyəti «Eurovision» mahnı müsabiqəsinin Bakıda keçirilməsinə sevinərkən bunu da nəzərə almalı idi ki, ölkə beynəlxalq aləmə açılmalı olacaq. Sistem buna hazır olmadı…».

Zərdüşt Əlizadə:

«Bu «oyanış» deyimi dirçəliş və milli həmrəylik bayramlarına bənzəyən deyimdir. Nə millət dirçəlib, nə də milli həmrəylik var. Amma bayram edirik. Bu olanlar əhalinin heç 99 faizinə təsir etməyib. Olanlardan xəbər tutanlar isə dedilər ki, işləri-gücləri qurtarıb, başlarını aşağı salıb dolanmaq əvəzinə gör nə ilə məşğuldurlar. Azərbaycan əhalisinin mütləq əksəriyyəti mütləq ətalət içindədir. Azərbaycanın ən böyük problemi budur ki, xalq öz müqəddəratına tamamilə biganədir…».
XS
SM
MD
LG