Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:59

«Azadlıq» qəzeti 23 yaşını qeyd edir - [Video]


-

Dekabrın 24-ü «Azadlıq» qəzeti 23 illiyini qeyd edir. «Azadlıq» qəzetinin ilk sayı mərhum baş redaktor Nəcəf Nəcəfovun rəhbərliyi ilə 1989-cu il dekabrın 24-də çıxıb.

Həmin vaxt «Azadlıq» qəzeti 200 min tirajla çıxırdı.

Qəzetin redaktoru Rahim Hacıbəyli AzadlıqRadiosuna deyir ki, bu gün qəzetin tirajı 9 153-dür.

«Ancaq 2010-cu ildən fəaliyyət göstərən Azadlıqinfo. saytı vasitəsilə yüz minlərlə oxucusuna sözünü çatdıra bilir».

Rahim Hacıbəyli bildirib ki, bu il noyabrın 5-i məhkəmə «Azadlıq» qəzetinin bank hesabına həbs qoyub. Buna səbəb qəzetin tənqid etdiyi dövlət məmurlarının iddiaları üzrə kəsilən cərimələrdir. Cərimələrin ümumi məbləği 62 min manatdır.

«Azadlıq» qəzetində yaradıcı və texniki heyətlə birlikdə 30-a yaxın əməkdaş fəaliyyət göstərir. Redaktor əməkdaşların maaşlarını ödəməkdə çətinliklərinin olduğunu bildirir.

Oktyabr ayında «Azadlıq» qəzetinin 5000-ci sayı çapdan çıxıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG