Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:39

Hava yağıntılı olacaq, qar yağacaq


Dekabrın 25-i Bakı və Abşeron yarımadasında hava yağıntılı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dekabrın 24-dən 25-nə keçən gecə yarımadanın nisbətən yüksək ərazilərində qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-3 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında dekabrın 25-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 12-17, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
XS
SM
MD
LG