Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:55

Səfər Əbiyev Rusiyanın Azərbaycandakı səfirini qəbul edib


-

Dekabrın 24-də müdafiə naziri Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Dorokhin-i qəbul edib.

Görüşdə bölgədə hərbi-siyasi vəziyyət və hərbi-texniki əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Səfər Əbiyev bildirib ki, problemin indiyə qədər həll edilməməsinin başlıca səbəblərindən biri Rusiyanın da həmsədr ölkə olduğu Minsk Qrupunun nəticəsiz fəaliyyəti ilə bağlıdır.

Müdafiə naziri onu da deyib ki, Dağlıq Qarabağda baş qaldıran separatizmin vaxtında qarşısının alınmaması problemin yayılmasına şərait yaradıb və bu gün Rusiyanın özü həmin problemlərlə qarşılaşıb.

Görüş zamanı rusiyalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi attaşesini təqdim edib.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
XS
SM
MD
LG