Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:07

Suriyada çörəkxanada onlarla sakin öldürülüb


Suriyanın mərkəzi Hama vilayətində bir çörəkxanaya hava zərbəsi endirilib, onlarla adam ölüb.

Suriya İnsan Haqları Müşahidə Qrupu bazar günü bildirib ki, rejimin həyata keçirdiyi hücumda çörək növbəsinə durmuş 50-dən çox həlak olub. Fəalların internetdə yaydığı videolarda onlarla qan içində cəsəd göstərilir.

Hadisənin baş verdiyi Halfaya şəhəri qiyamçıların əlindədir.

Suriyada 21 aydan bəri davam edən qiyamda 44.000-dən çox adam öldürülüb. Üsyançılar prezident Bashar al-Assad-ın hakimiyyətdən getməsini tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG