Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:04

ARDNŞ fəhlələri tətili dayandırdılar


Arxiv foto
Arxiv foto
-
Gürcüstanın Kulevi neft terminalında fəhlələrin 4 gün əvvəl başladığı tətil başa çatıb.

Bu barədə «İnterfax» agentliyi məlumat yayıb.

Gürcüstanın Birləşmiş Həmkarlar Təşkilatından agentliyə deyiblər ki, tətilin 4-cü günü şirkət administratoru fəhlələrin tələbləri ilə razılaşıb:

«Axır ki, şirkətin rəhbəri işdən çıxarılan 7 nəfərin yenidən işə bərpası və iş şəraitinin yaxşılaşdırılması ilə bağlı tələbləri təmin etdi. Həm də maaşların artırılması ilə bağlı danışıqlara başlanacağına söz verdi».

FƏHLƏLƏR TƏTİL EDİR
Gürcüstanın Kulevi neft terminalında fəhlələr tətil edir. Tələbləri maaşlarının artırılması və daha yaxşı iş şəraitidir.
Ölkənin Birləşmiş Həmkarlar Təşkilatları bildirib ki, tətil edən fəhlələr maaşlarının Kulevi terminalındakı xarici fəhlələr qədər olmasını istəyirlər. Onlar həmçinin işdən çıxarılmış yeddi işçinin işə bərpasını tələb edirlər.
200 fəhlə üçüncü gündür ki, işdən imtina edir.
Qara Dəniz sahilindəki Kulevi terminalı Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsusdur. Şirkət terminalın modernləşməsinə 350 milyon dollar xərcləyib. Terminalda Azərbaycan nefti tankerlərə doldurulur və Qara Dəniz vasitəsilə daşınır.
Kulevi fəhlələri üç həftə öncə «xəbərdarlıq» tətili edib və həmkarlar ittifaqı yaradıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG