Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:21

AXCP Ali Məclisi sessiyası keçirilib


-

“2013-cü ilin nəticələri bu günkü işlərimizdən asılıdır. 2013-də dəyişiklik üçün əvvəllər olmayan yaxşı imkanlar yaranıb. Bu seçkidə nəyin bahasına olursa olsun yox, qələbə üçün iştirak etmək istəyirik. Hər şeyi etməliyik ki, bu seçki əvvəlkilərdən fərqlənsin”.

Bunu AXCP Ali Məclisinin dekabrın 23-də keçirilən sessiyasında partiya sədri Əli Kərimli gələn il keçiriləcək prezident seçkiləri haqqında danışarkən deyib.
“Hazırkı vəziyyətdə birləşmə, konsolidasiya aparıcı meyllər olmalıdır. Haqqımız yoxdur ki, partiya, qrup maraqlarını önə çəkək, daxili intriqalarla məşğul olaq”.
AXCP sədri Azərbaycanın böyük dəyişikliklər astanasında olduğunu bildirib. Deyib ki, müxalifət, konkret halda isə AXCP bu dəyişikliklərə nail olmaq üçün məsuliyyət daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG