Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:39

İtaliyanın istefaya gedən baş naziri Monti Berluskoninin təklifini rədd edib


Mario Monti
Mario Monti
İtaliyanın istefaya gedən baş naziri Mario Monti növbəti seçkilərdə sağmərkəzçi kolaisiyaya rəhbərliklə bağlı keçmiş baş nazir Silvio Berluskoninin təklifini qəbul etmək fikrində deyil.

Monti bunu bazar günü Romada keçirdiyi mətbuat konfransında deyib.
Amma o etibarlı siyasi qüvvədən təklif olacağı halda seçkidə iştirakının mümkünlüyünü istisna etməyib.
O başladığı islahatların davam etdiriləcəyinə ümidlə yanaşdığını qeyd edib.

Berluskoninin partiyası baş nazir Montini dəstəkləmədiyinə görə o dekabrın 21-də istefaya getməli oldu.
Bundan sonra prezident Giorgio Napolitano bundan sonra parlamenti buraxmalı oldu.

Prezidentin xahişi ilə yeni seçkiyədək müvəqqəti hökumətə Mario Monti rəhbərlik edəcək.
XS
SM
MD
LG