Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:36

İki gündür ki, Dehlidə etiraz nümayişi keçirilir


Dehlidə nümayiş
Dehlidə nümayiş
İkinci gündür ki, Hindistanın paytaxtı Dehlidə kütləvi etiraz aksiyası keçirilir.

Buna səbəb dekabrın 16-da 23 yaşlı tələbə qızın döyülməsi və zorlanmasıdır.

Polis nümayişi dağıtmaq üçün su və dəyənəklərdən istifadə etməli olub.
Nümayişçilər bu cinayətdə iştirak edən 6 nəfərin ölümə məhkum edilməsini tələb edirlər.

Məlumatlara görə onlar qızı zorladıqdan sonra onu və onun oğlan yoldaşını sürətlə gələn avtobusdan atıblar.

Qız hazırda Nyu-Dehli xəstəxanasında ağır vəziyyətdədir.
Amma onun artıq yavaş-yavaş danışmağa başladığı, polisə ifadə verdiyi bildirilir.

Aksiyaçılar gecəni hakim “Milli Konqres” partiyasının lideri Sonia Gandhinin iqamətgahının qarşısında keçiriblər.

Daxili işlər naziri Sushil Kumar Shinde bu gün bildirib ki, hökumət zorlamaya görə ölüm hökmü tətbiq edilməsinin mümkünlüyünü götür-qoy edir.
XS
SM
MD
LG