Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:56
Bazar ertəsi Misirdə yeni konstitusiya ilə bağlı referendumun rəsmi nəticələri gözlənilir.

“Müsəlman qardaşları” hərəkatının məlumatına görə ümumilikdə seçicilərin 64 faizi yeni konstitusiya layihəsinə hə deyib.
Onların sözlərinə görə şənbə günü keçirilmiş ikinci mərhələdə seçicilərin 70 faizdən çoxu, ötən şənbə keçirilmiş 1-ci mərhələdə isə 57 faizi yeni konstitusiyanı dəstəkləyib.

Müxalifət referendum zamanı pozuntulara yol verildiyini deyir.
Amma məlumatlara görə, müxalifətdə olan “ Milli qurtuluş cəbhəsi” ilkin olaraq nəticələri qəbul edir.

Sənəd ölkədə böyük narazılığa səbəb olub.
Bu ərəfədə vitse-prezident Mahmuud Mekki istefa verib.
Ümumilikdə isə son ayda prezidenti Mohammad Morsinin 17 müşaviri buna görə istefa verib.

Yeni konstitusiya qəbul olunsa, 60 gün ərzində ölkədə yeni parlament seçkisi keçirilməlidir.

Müxalifət prezident Morsi və onun təmsil olunduğu “Müsəlman qardaşları” partiyasını özlərinə müvafiq konstitusiya hazırlamaqda günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG