Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:09
Pakistanın Hayber-Paxtunxva əyalətində törədilmiş partlayışda ölənlərin sayı 9-a çatıb.

Şənbə günü intiharçı Xalq milli partiyasının iclasında özünü partladıb.
Regional hökumətin naziri Bashir Bilor da ölənlərin arasındadır.

Xəstəxananın baş həkimi Arshad Javed Azadlıq Radiosunun Pakistan xidmətinə müsahibəsində daha 17 nəfərin yaralandığını və onlardan 3-nün ağır vəziyyətdə olduğunu deyib.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.
Talibanın yerli nümayəndəsi şənbə günü bəyan edib ki, dünyəvilik tərəfdarı və islama qarşı olan siyasətçiləri aradan götürmək üçün xüsusi terrorçu qrup yaradılıb.

Pakistanın baş naziri Pervez Ashraf və prezident Asif Ali Zardari Bilourun ölümünü milli itki adlandırıblar.
Ölkədə matəm günü elan edilib.

Dünyəvilik tərəfdarı olan Bilourun 69 yaşı var idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG