Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:48

Türkiyədə yerləşdiriləcək "Patriot" raket qurğularının yeri müəyyənləşdi


Foto arxiv
Foto arxiv
Türkiyədə yerləşdiriləcək “Patriot” raket komplekslərinin yeri müəyyən edilib.

NATO rəhbərliyinin şənbə günü yaydığı məlumata görə, bu qurğuların yeri ABŞ, Niderland və Almaniyanın iştirakı ilə müəyyən edilib.
Niderlandın batareyası Adanada, ABŞ-kı Qaziantəpətə, Almaniyanınkı isə Qahramanmarasda yerləşdiriləcək.

Bəyanatda qeyd edilir ki, məqsəd Türkiyəni mümkün hcumlardan qorumaqdır və burda hər hansı hücum əməliyyatı və ya uçuşsuz zona yaradılmasından getmir.

Rusiya ilə İran NATO-nun Suriya sərhəddi boyunca hava hücumlarından müdafiə sistemləri yerləşdirməsini tənqid edib, bunu fitnəkarlıq adlandırırblar.

“Patriot” raketləri NATO üzvlərindən yalnız bu 3 ölkədə var.
XS
SM
MD
LG