Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:03
-
Dekabrın 22-də Rusiya prezidenti Vladimir Putin doğum günü münasibətilə İlham Əliyevi təbrik edib.

Bu barədə prezidentin rəsmi saytında məlumat verilib.

Təbrik məktubunda deyilir:

«Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək - xoşbəxtlik, cansağlığı və Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar diləmək istərdim.

Sizinlə ünsiyyətdə olmağa həmişə şadam. Əlaqələrimizin və səmərəli birgə işimizin davam edəcəyinə ümidvaram».

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olub.

O, 2003-cü ilin oktyabrından Azərbaycanın prezidentidir.

Üç övladı, iki nəvəsi var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG