Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:10
Roma papası XVI Benedikt keçmiş eşik ağası Paolo Gabrieleni əfv edib.

O papanın məxfi sənədlərini mətbuata yaymaqda təqsirli bilinərək 1 6 ay həbs cəzasına məhkum edilmişdi.

Papa şənbə günü səhər həbsxanada ona baş çəkdikdən sonra 46 yaşlı Gabriele azad edilib.
Amma Vatikanın mətbuat xidmətinin məlumatına görə, ona gələcəkdə Vatikanda yaşamaq və ya işləmək qadağan edilib.

Vatikan yenidən həyata başlamaq üçün ona hər cür yardım etməyə hazır olduğunu bildirib.

Gabriele deyir ki, məxfi sənədləri, Papanın ətrafındakı pozuntular barədə ona lazımınca məlumat verildiyinə şübhə etdiyinə görə jurnalistlərə yayıb.
XS
SM
MD
LG