Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:31
İtaliyanın baş naziri Mario Monti cümə axşamı istefa verib.
Amma o prezidentin xahişi ilə fevralın 24-də keçiriləcək parlament seçkisinədək vəzifəsini icra edəcək.

Monti 1 ildən bir qədər artıqdır ki, baş nazir idi.
Onun hökuməti qarşısında duran başlıca vəzifə ölkəni dərin maliyyə böhranından çıxarmaq idi.

Ayın əvvəllərində Monti hökuməti keçmiş baş nazir Silvio Berluskoninin partiyasının dəstəyini itirdi.
Buna səbəb isə Montinin gələn ilin büdcəsi təsdiqlənən kimi vəzifədən gedəcəyini deməsi olub.

Parlament isə cümə günü büdcə layihəsini qəbul edib və baş nazirin istefası elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG