Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:10

İlham Əliyevin ad gününə 11 tonluq tort hazırlanır


Ötən il İlham Əliyevin 50 yaşı tamam olması münasibətilə Sumqayıtda 50 metrlik tort hazırlanmışdı
Ötən il İlham Əliyevin 50 yaşı tamam olması münasibətilə Sumqayıtda 50 metrlik tort hazırlanmışdı
-
Prezident İlham Əliyevin ad günü ilə əlaqədar Sumqayıtda hazırlanan builki tortun uzunluğu 51 metr olacaq.

Sumqayıt şəhər İcra Hakimiyyəti prezidentin ad gününə nəzərdə tutulan tort hazırlıqlarını yekunlaşmaq üzrədir.

Sumqayıtda fəaliyyət göstərən Xeberle.com portalı şəhərin Bayraq meydanında tortun hazırlanması üçün çadırlar qurulduğunu yazır.

Şəhər icra hakimiyyətindən verilən məlumata görə, tortkəsmə mərasiminə dekabrın 24-ü günorta saatlarında başlanacaq.

51 metr uzunluğu olan tortun çəkisi 11 ton olacaq. Müsavat.com bu barədə şirniyyatçı Müzəffər Agüloğluya istinadən Türkiyə mətbuatında məlumat yayıldığını bildirir.

Müzəffər Agüloğlunun dediyinə görə, tortun hazırlanması üçün 22 min yumurtadan, 2 tona yaxın undan, 1.5 ton şəkərdən, 310 kiloqram qozdan istifadə ediləcək.

Tortun üzərində bu il Bakıda keçirilmiş «Eurovision -2012» mahnı müsabiqəsinə qatılan iştirakçıların səhnə görüntüləri də əks olunacaq. 51 metrlik tortun ortasında Bakı Kristal Zalının 6 metrlik əksi olacaq.

Ötən il isə İlham Əliyevin 50 yaşı tamam olması münasibəti ilə Sumqayıtda 50 metrlik tort hazırlanmışdı.

Dekabrın 24-də İlham Əliyevin 51 yaşı tamam olur.

Sumqayıtın icra başçısı Eldar Əzizov ilk dəfə belə tortu Gəncədə icra başçısı olanda hazırlatdırıb. Onun iş yerini dəyişməsi ilə bu ənənə də Gəncədən Sumqayıta keçib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG