Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:55

Sargsyan: «Ermənistan Dağlıq Qarabağ əhalisini müdafiə edəcək»


Serzh Sargsyan

Serzh Sargsyan

-
«Biz Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin qarantıyıq. Məsələ hərbi əməliyyatlar mərhələsinə keçsə, Ermənistan bütün imkanları ilə Dağlıq Qarabağ əhalisini müdafiə edəcək».

Bunu dekabrın 21-də «Rossiya -24» telekanalına müsahibəsində Ermənistan prezidenti Serzh Sargsyan deyib.

Amma o, iki ölkənin imkanlarının bərabər olmadığını qeyd edib:

«Belə bir sual ortaya çıxa bilər: Azərbaycan iqtisadi cəhətdən daha güclüdür axı, Azərbaycanda əhali daha çoxdur axı… Amma birincisi, bunlar ən əsas şərtlər deyil. İkincisi isə düşünmürəm ki, Ermənistan əhalisinin, yaxud erməni icmasının hansısa faizi hər hansı bir təzyiq altında Qarabağı güzəştə getməyə razılaşsın. Ona görə də, əslində bütün mümkün üsullarla Qarabağı müdafiə edəcəyik. Düşünürəm ki, belə bir şey baş verərsə, biz hərbi əməliyyatların dayandırılmasını məcbur edəcək üsullar tapacağıq. Bundan başqa, belə hallarda, əlbəttə ki, dövlətlərarası sazişlərimizdə müəyyən olunmuş qaydalara əsasən, öz hərbi-siyasi müttəfiqlərimizə müraciət edəcəyik».

«KAZAN SƏNƏDLƏRİ HƏLƏ MASANIN ÜSTÜNDƏDİR»

S.Sargsyan deyib ki, ötən ilin yayında həmsədr-ölkələr və dünya ictimaiyyəti Ermənistanla Azərbaycanın əsas prinsiplərlə bağlı razılaşdığı qənaətinə gəlmişdi. Lakin onun fikrincə, Kazan görüşü Azərbaycanın münaqişənin həllinə hazır olmadığını göstərdi:

«Sonrakı hadisələr göstərdi ki, Azərbaycan əslində bu üç prinsiplə razılaşmır. Azərbaycan öz hərbi imkanlarını inkişaf etdirir. Amma buna baxmayaraq, biz danışıqların alternativini görmürük, çünki alternativ - hərbi əməliyyatlardır, bizsə hərbi əməliyyatların təzələnməsini əsla istəməzdik».

Müxbirin «bu məsələdə kəsişmə nöqtəsi görürsünüzmü» sualına S.Sargsyan-ın cavabı belə olub:

«Əlbəttə. Düşünürəm ki, Kazan sənədləri hələ masanın üstündədir. Ona görə də, ümid edirəm ki, bir razılığa gələcəyik. Biz, sadəcə, məsələni həll etməyə borcluyuq, çünki hərbi əməliyyatlar bizi qane etmir, təbii ki, Azərbaycanı da qane etmir. Düşünmürəm ki, Azərbaycan əsgərləri, Azərbaycan xalqı müharibə etmək istəyir…».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG