Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:13
-

Dahi Fransız maarifçi-filosofu Volterin “Fanatizm” adlı seçilmiş əsərləri Araz Gündüzün tərcüməsində Azərbaycan dilində ilk dəfə nəşr olundu.

Gerçək adı Fransua-Mari Arue olan bu böyük yazar, əsərlərini Volter imzası ilə yazmış, bütün dünyada da elə bu adla tanınmış, milyonların sevimlisinə çevrilmişdir. Volter özündən sonra çox böyük bir ədəbi-fəlsəfi yaradıcılıq irsi qoyub getmişdir.

Ölümündən sonra, onun əsərlərinin tam toplusunu yayınlayanda, hər biri 600 səhifəlik 50 cild ortaya çıxmışdı. Ana dilimizdə yayınlanan “Fanatizm” kitabı Volter yaradıcılığının yalnız kiçik bir hissəsidir, ancaq bu örnəkləri oxumaqla da Volterin ruhunu duymaq mümkündür.

Kitabın girişində Volterin ölümündən keçən yüzüncü ildəki mərasimdə Viktor Hüqo geniş məzmunlu çıxışı verilmişdir. Həmin çıxışdan bir parçanı diqqətinizə çatdırırıq: “Volter qaranlığı aydınlatmaq üçün savaşırdı, təkbaşına hamıya qarşı vuruşurdu, belə bir böyük savaşa atılmışdı. Onun bu savaşı, ideyanın qaba materiyaya, məntiqin məntiqsizliyə, düzgünlüyün əyriliyə, əzilənlərin haqları uğrunda əzənlərə qarşı olan savaşı idi, yaxşılıq uğrunda, insanlıq uğurunda aparılan bir savaş idi. Volterin ruhunda, biri-biri ilə yanaşı olan: bir qadın incəliyi ilə, bir igid döyüşkənliyi vardı. O, olduqca böyük bir ağılın, geniş bir ürəyin yiyəsi idi.”

Kitab “Alatoran Yayınları” seriyasından nəşr olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG