Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:12

John Kerry Dövlət Katibi vəzifəsinə namizəd oldu


Prezident Barack Obama (solda) John Kerry-nin (sağda) Dövlət Katibi vəzifəsinə namizədliyini elan edir. Aö Ev, 21 dekabr 2012
Prezident Barack Obama (solda) John Kerry-nin (sağda) Dövlət Katibi vəzifəsinə namizədliyini elan edir. Aö Ev, 21 dekabr 2012

ABŞ prezidenti Brack Obama (Barak Obama) dekabrın 21-də Demokrat Partiyasından Senator John Kerry-nin (Con Kerri) Dövlət Katibi vəzifəsinə namizədliyini rəsmən elan edib. ABŞ Senatı da təsdiq edərsə, Kerry yanvardan öz xahişi ilə vəzifəsindən gedən indiki Dövlət Katibi Hillary Clinton-u (Hillari Klinton) əvəz edəcək.

Təhlilçilər onun namizədliyinin Senatda rahatlıqla təsdiq olunacağını deyir. Kerry hazırda Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik edir.

69 yaşlı John Kerry 2004-cü ildə Demokrat Partiyasından ABŞ prezidentiliyinə namizəd olub. O, prezident Obamanın xarici siyasət təşəbbüslərinin ən fəal müdafiəçilərindən hesab edilir.
XS
SM
MD
LG