Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:22

Prezidentin müttəfiqləri korrupsiyada ittiham olunur


Gürcüstanın prezidenti Mikheil Saakashvili

Gürcüstanın prezidenti Mikheil Saakashvili


Gürcüstanın prezidenti Mikheil Saakashvili-nin (Mixail Saakaşvili) iki yüksək səviyyəli müttəfiqinə qarşı rəsmən korrupsiya ittihamı irəli sürülüb. Dekabrın 21-də Rustavi-2 telekanalının Baş direktoru Nika Gvaramia və keçmiş Maliyyə, həmçinin Enerji naziri olmuş Aleko Khetaguri-yə qarşı rüşvət almaq, sənədləri saxtalaşdırmaq və qeyri-qanuni biznesə sahib olmaq kimi ittihamlar irəli sürülüb.

Khetaguri həmçinin çirkli pulların yuyulmasında ittiham edilir.

Bu işlə bağlı onlardan savayı, daha 4 nəfər saxlanıb. Əgər məhkəmə də ittihamları haqlı saysa Gvaramia və Khetaguri 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Baş nazir Bidzina İvanishvili bu gün deyib ki, Gvaramia-nın həbs olunmaması daha yaxşı olardı. Baş nazir ümid edir ki, telekanalın rəhbəri girov müqabilində azad oluna bilər.
Prezident Saakashvilinin Vahid Milli Hərəkat Partiyası isə bugünkü həbsləri mediaya təzyiq cəhdi adlandırıb.

Gürcüstanda oktyabrın əvvəlində keçirilən prezident seçkisini müxalifət udub. İvanishvilinin rəhbərliyində yeni hökumət quran “Gürcü Arzusu” bloku hakimiyyət başına gələn kimi ölkədə əvvəlki hökumət təmsilçilərinin həbsi başlayıb. Prezidentin tərəfdarları bunu siyasi qisasçılıq motivli həbslər adlandırılar.
XS
SM
MD
LG