Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:04

«Eurovision»a 39 ölkə qatılacaq


-
«Eurovision 2013» mahnı müsabiqəsində 39 ölkə iştirak edəcək.

www.eurovision.tv saytının məlumatına görə, müsabiqə İsveçin Malmö şəhərində mayın 14-ü (I yarımfinal), 16-sı (II yarımfinal) və 18-də (final) keçiriləcək.

Müsabiqənin icraçı direktoru Jon Ola Sand deyib ki, Avropada baş verən böhrana baxmayaraq, əksər ölkələr bu ənənəni davam etməyə razıdır.

Bosniya və Herseqovina, Portuqaliya, Türkiyə və Slovakiya müsabiqədə iştirak etməyəcək.

Albaniya, Avstriya, Ermənistan, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya iştirakçı ölkələr sırasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG