Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:10

ABŞ-da məktəbə hücumun qurbanları yad edilib



ABŞ-ın Konnektikut ştatında bir həftə əvvəl orta məktəbə silahlı hücumda həlak olan 26 nəfərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Nyutoun şəhərində zənglər çalınıb.
Anım mərasimləri bütün ölkə boyu keçirilib.

Prezident Barack Obama və xanımı hücumdan sağ qalanlara açıq məktub göndərib.
Dekabrın 14-də 20 yaşlı Adam Lanza silahla Nyutaunda orta məktəbə girərək orada 20 azyaşlı uşağı və məktəbin 6 işçisini öldürüb. Lanza məktəbə gəlməzdən əvvəl evdə anasını, məktəbdə isə uşaqlardan sonra da özünü öldürüb.

Bu, ABŞ tarixinin ikinci ən böyük qanlı orta məktəb basqını hesab edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG