Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:18

Aleksandriayada polis aksiyaçıları gözyaşardan qazla dağıdıb



Dekabrın 21-də Misirin Aleksandirya şəhərində polis aksiyanı gözyaşardan qazla dağıdıb. Rəsmilər prezidentin tərəfdarları olan Müsəlman Qardaşları təşkilatının fəalları ilə müxalifətçi qrupların bir-birini daşa basdığını, bir neçə nəfərin yaralandığını deyirlər.

Bu ölkədə prezidentin konstitusiyaya təklif etdiyi dəyişikliklərlə bağlı referendumun ikinci mərhələsi dekabrın 22-də olacaq. Bu gün Müsəlman Qardaşları təşkilatının üzvləri həmin dəyişikliyi müdafiə etmək üçün toplaşıblar. Dəyişikliyə etiraz edən müxalifətçi qruplar toplaşdıqda isə qarşıdurma yaranıb.

Müxalifət əsas qanuna düzəlişlərin ölkəni islam dövlətinə çevirəcəyini deyirlər.

Referendumun ilk mərhələsi dekabrın 15-də olub. İlkin rəsmi məlumata görə səsverməyə gələnlərin əksəriyyəti prezidentin təklif etdiyi düzəlişləri müdafiə edib.
XS
SM
MD
LG