Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

“Kadyrov-un yolu” qəzeti bağlandı



Çeçenistanın lideri Ramzan Kadyrov atasının adını daşıyan qəzetin bağlanmasını alqışlayıb.

Dekabrın 20-də Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransında “Kadyrov-un yolu” adlı kiçik qəzetin əməkdaşı sual vermişdi. Qəzetin adı səslənəndə salonda pıqqıltı düşmüşdü. Putin isə demişdi ki, gülməyin, əslində qəzetin adındakı Kadyrov Çeçenistanın keçmiş prezidenti, 2004-cü ildə bombalı hücumda öldürülmüş Akhmad Kadyrov-dur.

Mətbuat konfransının başa çatmasından bir neçə saat sonra “Kadyrov-un yolu” qəzeti bağlandığını elan edib. Ramzan Kadyrov bildirib ki, redaksiya onun atasının adını istifadə etmək üçün razılıq almayıbmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG