Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:46

NATO Assad rejiminin Skad raketlərindən istifadə etdiyini təsdiqləyir



NATO-nun Baş katibi Andres Fogh Rasmussen Suriya rejiminin müxalifət qüvvələrinə qarşı Skad tipli raketlərdən istifadə etdiyini deyib. Dekabrın 21-də çıxışı zamanı Rasmussen bildirib ki, rejimin belə orta mənzilli raketlərdən istifadə etməsi NATO-nun qonşu Türkiyədə Patriot tipli müdafiə sistemləri yerləşdirmək qərarının doğru olduğunu göstərir.

NATO mənbələri Suriyada rejimin nəzarətində olan ordunun dekabrın 20-də də Skad raketlərinə əl atdıqlarını deyirlər. ABŞ və NATO rəsmiləri son bir həftədə Suriya rejiminin yer-yer tipli raketlərə əl atdığını bir neçə dəfə vurğulayıblar. Amma Dəməşq ittihamları rədd edir.

Hərbi ekspertlərə görə Suriya rejimi kimyəvi döyüş başlıqları daşıya bilən raketlərə sahibdir. Onların arasında sovet istehsalı olan SS-21 və Skad-B tipli raketlər də var. Bu raketlər nüvə başlıqları da daşıya bilir.
XS
SM
MD
LG