Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:21

Assange yeni WikiLeaks sənədləri yaymağı vəd edir



WikiLeaks saytının qurucusu Julian Assange yaxınlarda ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən Vaşinqtona göndərdikləri milyonlarla yeni teleqramları yayacağını vəd edir. Dekabrın 20-də Ekvadorun Britaniyadakı səfirliyinin eyvanında çıxış edən Assange bildirib ki, “yeni sənədlər dünyanın əksər ölkələrindən göndərilən teleqramları əhatə edəcək”.

Assange iddia edir ki, bu teleqramları ABŞ ordusunun keçmiş zabiti Bradley Manning-dən alıb. Manning hazırda 22 ittihamla həbsdədir. Həmin ittihamların arasında düşmənə kömək iddiaları da var.

Julian Assange dünənki çıxışında keçmiş zabit Manning-i hərbi həbsxanada ağır şəraitdə belə şərəflə yaşayan insan kimi təqdim edib.

Avstraliya vətəndaşı olan Julian Assange altı ay əvvəl Britaniyadakı Ekvador səfirliyinə sığınıb. Onu İsveçdə zorlamada ittiham edirlər. Britaniya məhkəməsi onun geri verilməsi barədə qərar çıxarandan sonra Assange Ekvador səfirliyinə sığınıb.
XS
SM
MD
LG