Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:53

Həbsxanalarda işgəncə halları [Video]


Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansının təsisçisi Oktay Gülalıyev və Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə Ictimai Komitənin üzvü Sahib Məmmədov həbsxanalardakı vəziyyət haqda danışırlar


-
Oktay Gülalıyev :

«Ədliyyə Nazirliyinin tabeliyində olan həbs yerlərində ölüm və işgəncə halları artıb. Əslində biz gözləyirik ki, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara görə ölkədə işgəncə halları azalmalıdır. Amma son zamanlar bunun artma meylləri müşahidə olunmaqdadır. Bu faktlar var. Təbii ki, biz bu məsələlərdən narahatıq. Siyasi məhbus Nemət Pənahlının Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsindəki vəziyyətlə bağlı müraciəti açıqlanıb. Təəssüflər olsun ki, bu müraciətlə bağlı heç bir rəsmi mövqe bildirilmir və yaxud da mövqelər təkzib üzərində qurulur. Eyni zamanda, yenə həmin müəssisədə baş vermiş ölüm faktı ilə bağlı kifayət qədər məlumatlar var. Bu fakta da təkzibvari münasibət reallığı ortalığa qoymur...».

Sahib Məmmədov :

«Hüquq müdafiəçiləri bu işlərə peşəkar yanaşmalıdır. Kimsə nəsə deyə bilər, bu şayiə də ola bilər, həqiqət də. Biz belə məsələlərə qiyməti yalnız o zaman veririk ki, gedib təhqiqat aparırıq və öz konfidensial hesabatımızda bunları göstəririk. Bəzən bunlar çılpaqlığı ilə, detalları ilə göstərilir. Yalnız o zaman ki, bu fakta dair bizə tutarlı dəlillər göstərilir. Ehtimallar varsa, əlbəttə, onları da qeyd edirik. Bizim konfidensiyamız bu təhqiqata kifayət etmirsə, bu ehtimalı elə ehtimal şəklində göstəririk. Ona görə bugün cəzaçəkmə müəssisələrində hər hansı məhkumun dediyi şəkildə - mən heç kimin dediyini təkzib etmək fikrində deyiləm - kütləvi işgəncə halları mövcud ola bilməz. Çünki nəzarət həddən artıq çoxdur...».

Şərhləri göstər

XS
SM
MD
LG