Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:27

Niyə 21 dekabrda dünya dağılmadı?


-
"21 dekabrda dünya dağılacaq? Bu qeyri-elmi iddia niyə bu qədər təlaş yaratdı? Azadlıq Facebook Məkanında astroloqlar, alimlər, dinşünaslar, filosoflar, iqtisadçılar və psixoloqlar bu mövzunu müzakirə ediblər.

Verlişdə iştirak edən qonaqların səsləndirdikləri bəzi fikirlər:

Firuddin Qurbansoy:

-
Dünyanın dağılması haqda deyilənlər 10 il müddətində düşünülən siyasətdir. Dolların məzənnəsini qaldırmaq üçün hesablanıb bunlar. Dolların dövriyyəyə buiraxılmasının 220 ili tamam olur. Dollarsa bu gün dəyərini itirir...
- Burada əsas iqtisadi səbəblər var. Kefli İsgəndərlərimiz çox azdı. Mən bu məsələlərdə kütləvi kütlük gördüm.
- Ömrünün sonu insanları həmişə maraqlandırır. Dünyanın sonu da hamı üçün maraqlı mövzudur.
- İnsanların Mayya təqvimindən xəbəri yoxdur. Mayyalılar 21 dekabrı göstərə bilməzdilər. Mayya təqvimi 20 aydan 20 gündən ibarətdir. Onlar 21-ni göstərə bilməzdilər.

Akif Soltanov:
-
Bu söhbətlərin heç bir elmi əsası yoxdur. Bəzən astronomik parad olur... Amma bunu heç bir fəsadı olmayıb.
- Əslində bəla göydən çox yerdən gəlir. Göydən gələn bəlanı hətta bir neçə il əvvəldən görmək mümkündür.

21 dekbabr söhbətlərinin kütləvi turizmə, əyləncə mərkəzlərinə xeyiri dəydimi?
Bu işdə kimlərin ticari dövriyyə maraqları var? Dünyanın sonu xəbərini dövriyyəyə buraxmaq kimlərə lazım idi?

Bu və digər sualların ətraflı cavabını eşitmək üçün:



XS
SM
MD
LG