Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:21

İlham Əliyev Şahdağ turizm kompleksində olub


-

Dekabrın 20-da prezident İlham Əliyev Qusar rayonunda Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Qaya” otelinin açılışında iştirak edib.
Layihənin növbəti mərhələləri çərçivəsində yeni kanat yolları salınacaq, qolf meydançası, müxtəlif klublar, kiçik mehmanxanalar, pansionat tikiləcək, ərazidə at ferması fəaliyyət göstərəcək.

Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir.
Prezident İlham Əliyev xizəklə sürüşüb, xanımı Mehriban Əliyeva isə motorlu xizəkdə gəzib.
Sonra dövlət başçısı “Şahdağ Resort SPA” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olub. Oteldə ümumilikdə 173 otaq olacaq ki, bunlardan 8-i lüks, 3-ü isə VİP otaqlardır. Oteldə 8 restoran, üç iclas zalı olacaq.
1825 kvadratmetrlik SPA mərkəzindən əlavə, oteldə fitnes, türk hamamı, masaj otaqları da yaradılaca. Burada tikinti işlərinin 70 faizi artıq başa çatdırılıb.
Səfər çərçivəsində yeni Qusar-Ləzə avtomobil yolunun açılışı olub.
İkizolaqlı yolun uzunluğu 39 kilometr, eni 8 metrdir. Yol üzərində ümumi uzunluğu 318 metr olan 8 körpü inşa olunub.

Keçən il Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov Trend Agentliyinə demişdi ki, Şahdağ Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın turizm sektorunda həyata keçirilən ən böyük layihədir. O demişdi ki, dövlətin bu kompleksin tikintisinə ayıracağı maliyyə vəsaiti 1 milyard ABŞ dollarından çox olacaq. Kompleksdə yerləşdirmə obyektlərinin tikilib istifadəyə verilməsi üçün də böyük investisiyalar cəlb olunmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG