Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:20
Keçmiş ABŞ prezidenti Bill Clintona Nizami Gəncəvi Mükafatı təqdim olunub.

Bu mükafat Nizami Gəncəvinin surəti olan qızıl medal, Beynəlxalq diplom, UNESCO-nun simvolu olan zeytun budağı və Paşabahçə firmasının hazırladığı xüsusi miniatürdən ibarətdir.
Mükafat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ABŞ-da keçirilən toplantısında təqdim olunub.

Bu mükafat bundan əvvəl keçmiş Türkiyə prezidenti Süleyman Dəmirəl, Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin, İngiltərə Kral Akademiyasının başçısı Baronessa Susan Qrenfield, Birləşmiş Ştatların Qlobal Qadın məsələləri üzrə xüsusi səfiri Melanne Verveer, Birləşmiş Ştatların Qlobal Müsəlman icmaları üzrə xüsusi nümayəndəsi Farah Pandih və digər nüfuzlu şəxslərə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG