Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:15

Obama Rusiyaya qarşı Cekson-Venik düzəlişinin ləğvini təsdiqləyib


ABŞ prezidenti Barack Obama

ABŞ prezidenti Barack Obama

ABŞ prezidenti Barack Obama cümə axşamı Rusiyaya qarşı Cekson-Venik düzəlişinin dayandırılmasını təsdiqləyib.

Obama iki ölkə arasında artıq daimi, normal ticarət əlaqələri qurulduğunu bildirib.
Bu o deməkdir ki, ABŞ Ümumdünya Ticarət Təşkilatı çərçivəsində Rusiya ilə ticarət əlaqələrində bütün üstünlüklərdən istifadə edə bilər.

Cekson-Venik düzəlişi keçmiş SSRİ-də emiqrasiya azadlığının olmamasına görə, 1974-cü ildə bu ölkəyə qarşı sanksiya kimi tətbiq edilmişdi.

Amma ABŞ Konqresi bu yaxınlarda bunun əvəzində Rusiyaya qarşı “Magnitsdky aktı” qəbul edib.
Sənədə Magnitskynin ölümünə görə cavabdehlik daşıyan Rusiya məmurlarına qarşı viza qadağası nəzərdə tutulur.

“Hermitage Capital” fondunun hüquqşunası Sergey Maqnitski 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.
Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG