Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:54
Moskva İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsinin yanvarda baş tutacağına ümidlə yanaşır.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında görüşün yeri və vaxtı barədə Tehranla danışıqlar aparıldığı bildirilir.
Danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiya iştirak edir.

Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran danışıqların bərpa edilməsi ilə bağlı tərəflər arasında irəliləyiş olduğunu bəyan ediblər.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə təqsirləndirir.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG