Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:42

Azərbaycan məhkəmələri nə dərəcədə şəffaf çalışır?


Xalid Bağırov
Xalid Bağırov
-
7 ildir vəkil çalışan Xalid Bağırov 2 halda çox sevinir: məhkəmədə qələbə çalanda və məhkəmələrin saytında axtardığı məlumatı tapanda. Hansı məlumatı? Məhkəmə qərarlarını, işin hansı hakimə tapşırıldığını, iclasın vaxtını. Axtarır axtarmağına... amma tapırmı?

«SAYTLARA 100 QƏRARDAN BEŞ-ONU YERLƏŞDİRİLİR»

Ən çox Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin saytından yararlandığını deyən vəkil o saytları belə qiymətləndirir:

«Apellyasiya məhkəmələrinin içində Şirvan məhkəməsinin saytı Gəncəninkindən yaxşıdır, Bakı Apellyasiya Məhkəməsinin saytı isə ortababdır. Qərarları tapmaq olursa, demək, yaxşıdır. Heç kim deyə bilməz ki, mən qərarları saytdan tapıram. Saytlara 100 qərardan 5-10-u yerləşdirilir».

ƏN ŞƏFFAF SAYT ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİNİNDİR

Azərbaycanda fəaliyyət göstərən 110 məhkəmənin ən şəffafı Şəki Apellyasiya Məhkəməsidir.

Media Hüququ İnstitutunun hazırladığı «Məhkəmələrin Onlayn Şəffaflıq Hesabatı»nda belə deyilir.

Xalid Ağalıyev deyir ki, məhkəmə saytlarının monitorinqi aparılarkən, «Məhkəmə heyəti haqqında bilgilər», «Məhkəmə strukturu, aparatı, hakim olmayan heyət bilgiləri», «İnformasiya xidməti», «Hesabatlılıq» və «Vətəndaşların hüquq və azadlıqlarının, qanuni maraqlarının qorunması ilə bağlı izahedici bilgilər» parametrlərinə uyğun 77 növ bilginin saytlarda olub-olmaması yoxlanılıb.
Şəki Apellyasiya Məhkəməsinin saytı
Şəki Apellyasiya Məhkəməsinin saytı
Məlum olub ki, ən şəffaf saytların ilk beşliyində Şəki Apellyasiya Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Ali Məhkəmə və Konstitusiya Məhkəməsidir. Sıralamada sonuncu yerləri Naxçıvan Ali Məhkəməsi, Cəbrayıl rayon Məhkəməsi və Naxçıvan Ağır Cinayətlər Məhkəməsi tutur.

Xalid Ağalıyev məhkəmələrdə açıqlıq dərəcəsinin 30 faiz civarında olduğunu deyir:

«Biz bu hesabatda Litva, Türkiyə və Rusiya təcrübəsini də önə çəkmişik. Orada hətta elə saytlar var ki, hakimin gəlirləri də aydın göstərilir – maaşı, ödədiyi kreditləri, əlavə gəlirləri. Amma bu, bizdə yoxdur».

QƏRARLAR SAYTA NƏ VAXT YERLƏŞDİRİLİR

Üçüncü ən şəffaf sayta sahib olan Sumqayıt Apellyasiya Məhkəməsinin baş məsləhətçisi Samir İsmayılov deyir ki, hələ ki müraciətləri poçtla qəbul edirlər:

«Bizim ümumiyyətlə planımızdadır ki, saytı təkmilləşdirək, onlayn müraciət olunsun, biz cavablayaq. Kadr potensialımızı da düzəltməliyik ki, o müraciətlərə konkret cavab verəcək şəxslər olsun. Elektron hökumətə keçid dönəmində bizə aid hissəni təkmilləşdirmək istəyirik».

Femida
Femida
Qərarların yerləşdirilməsinə gəlincə, Samir İsmayılov deyir ki, bu, qərarın xüsusiyyətindən asılıdır:

«Məhkəmə qərarı tam formada hazır olandan sonra yerləşdirilir səhifəyə, çünki elə qərar var ki, şikayət vermə müddəti olur, eləsi var, dərhal qüvvəyə minir. Hərəsinin öz xüsusiyyəti var. Elə qərar da var ki, qanuni qüvvəyə 2 ay sonra kasasiya şikayəti olmasa minir».

Xalid Bağırov ümid edir ki, bütün qərarlar vaxtlı-vaxtında elektron yerləşdirilsə, işi əməllicə yüngülləşəcək:

«İşimin hansı hakimdə olduğunu bilmək üçün gərək zəng edəm. Zəng edəndə də bu otaq o birinə deyir, o otaq digərinə, 5-10 dəqiqə telefonda gözləyirsən».

Vəkil deyir ki, qaydalarla təcrübə bir-birindən fərqlənir. İşin ardınca düşüb, özün maraqlanmasan, zəng etməsən, məktub göndərməsən, prosesdən xəbərin olmaz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG