Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:08

Putin 4 saat sualları cavablandırdı [Video]


-
Rusiya prezidenti Vladimir Putin dekabrın 20-də 1000-dən artıq jurnalistin qatıldığı mətbuat konfransı keçirib. O, 4 saat yarımdan çox jurnalistlərin suallarını cavablandırıb. Bu, Putinin prezident seçildikdən sonra ilk böyük mətbuat konfransıdır.

Rusiya prezidentinə Azərbaycan və ya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual verilməyib. Ancaq Putin onun haqqında gəzən lətifələrdən tutmuş nazirləri istefaya göndərməsinə qədər ən müxtəlif sualları cavablandırıb.

«İSTİNTAQ DA, MƏHKƏMƏ DƏ OBYEKTİV OLACAQ»

Prezident indiki Baş nazir Dmitry Medvedev-in işindən, təcrübəsindən danışıb. Onun işinin «çox çətin» və «birbaşa məsuliyyət» olduğunu deyib. Vladimir Putin deyib ki, o elə də çox naziri işdən çıxarmayıb:

«Nazirlərdən biri sadəcə işi bacarmadığını səmimi şəkildə etiraf edərək istefaya gedib. Haqlıdır. İşi bilmirsə, özünü və başqalarını niyə incitməlidir ki?..».

Sabiq Müdafiə nazirinə rəsmi mətbuatda bəraət qazandırılması haqda fikrə Putin belə cavab verib:

«Oğurluğun olmasına görə heç kimə haqq qazandırmırıq. Serdyukov islahat baxımdan düzgün rəftar edib. Ancaq ordu hörmətə layiqdir, onun isə bir qədər düzgün olmayan idarəçilik stili vardı».

Vladimir Putin

Vladimir Putin

Putin Müdafiə Nazirliyində milyardlarla dollar vəsaitin oğurlanıb-oğurlanmamasını məhkəmənin üzə çıxaracağını deyib:

«İstintaq da, məhkəmə də yetərincə obyektiv olacaq, heç kim heç kimi təmizə çıxarmayacaq. Ancaq günahın olub-olmamasını məhkəmə deyəcək».

«AXI BİZ HAMIMIZ OĞURLAYIRIQ»

ORT əməkdaşı da məhkəmələrin müstəqil olmaması və korrupsiya ilə mübarizə haqda sual verib.

Putin məhkəmələrin azad olduğunu deyib. Rusiyanın məhkəmə sistemində rüşvət haqda deyilənləri də qəbul etməyib:

«Bizdə sabit məhkəmə sistemi var».

Jurnalistin «Çində korrupsiyaya görə güllələyirlər, amma yenə də korrupsiya var» fikrinə də münasibət bildirib:

«İnkişaf etməkdə olan ölkələr bu mərəzlə üzləşirlər. Əlbəttə, bununla mübarizə aparmaq lazımdır, sanksiyaları gücləndirmək lazımdır. Biz cəzanın qorxutmasına nail olmalıyıq».

Vladimir Putin çar Pyotrun korrupsionerləri cəzalandırarkən ətrafdakıların dediyini də yada salıb:

«Siz kiminlə qalacaqsız? Axı biz hamımız oğurlayırıq».

«MƏN KONSTİTUSİYANI DƏYİŞƏ BİLƏRDİM»

Putin-in mətbuat konfransı

Putin-in mətbuat konfransı

«İzvestiya»nın sualı: «Siz bir neçə ildə çox sərt rejim – avtoritar hakimiyyət yaratmısız. Sizcə, bu, mane olmur?».

Vladimir Putin: «Biz sabitliyi təmin etmişik. Mən bunu vacib sayıram. Amma bunun avtoritar və ya totalitar olması ilə razılaşmıram. Buna başlıca sübut odur ki, mən iki müddət prezidentlikdən sonra ikinci mövqeyə keçdim. Mən Konstitusiyanı dəyişə bilərdim. Siz başa düşürsüz ki, bunu etmək asandır».

Putin daha sonra demokratiya ilə anarxiyanı qarışdırmamaqdan danışıb.

Vladimir Putin «Səhvləriniz varmı» sualını da cavablandırıb. O deyib ki, hökumətin ciddi səhvlərini xatırlamır. Putin dünyanın üzləşdiyi böhrandan Rusiyanın hamıdan qabaq və uğurla çıxdığını deyib. Bunu mətbuat konfransında dəfələrlə vurğulayıb.

SƏLƏFİNİZ KİMDİR?

Putinin sələfi varmı? O, ölkəni özündən sonra kimə etibar edəcək?

Rusiya prezidenti sələfinin adını çəkməyib. «Ölkəni həmin adama mən etibar etməməliyəm, ölkə özü etibar etməlidir» söyləyib.

Amma Putin ondan sonra ölkəni kimin idarə edəcəyinə etinasız olmadığını da bildirib:

«İstəyirəm ki, növbəti prezident daha çox uğur qazansın, bəxtigətirən olsun, ən pis olmasın».

«JURNALİSTLƏRƏ HÜCUMUN SƏBƏBİ ARAŞDIRILMALIDIR»

Dövlət başçısı Rusiyada jurnalistlərin zorakılıqla üzləşməsi haqda deyilənlərə aydınlıq Vladimir Putin

Vladimir Putin

gətirib:

«Jurnalistlər də bizim cəmiyyətin bir hissəsidir. Aydınlaşdırmaq lazımdır ki, hücumların səbəbi nədir. Ancaq jurnalistlərə hücumlarla bağlı cinayətlərin araşdırılacağına söz verirəm. Biz bunu mütləq edəcəyik».

«ABŞ-DA ƏLİNİ CİBİNƏ SALMAĞA CƏHD ET»

Vladimir Putin mayın 6-da «Bolotnaya» Meydanında baş verənlərə də toxunub:

«Kütləvi aksiyalarda iştiraka görə həbslər olmamalıdır».

Ancaq o, bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına da hücum etmək olmaz:

«ABŞ-da əlini cibimə salmağa cəhd et, o dəqiqə alnından güllə vuracaqlar».

Putin ABŞ-dan başqa nümunə də gətirib. Mikhail Khodorkovsky-nin Amerikada 100 il cəza ala bilmək ehtimalından danışıb. Və məşhur fikrini bir də təkrarlayıb: «Oğru həbsxanada oturmalıdır».

Putin Khodorkovsky-nin cəzasının azaldılmasında onun rolu olması haqda eyhama belə cavab verib:

«Sizin bizim məhkəmə sistemimiz haqda yanlış baxışınız var».

Vladimir Putin

Vladimir Putin

GÜRCÜSTAN, POLŞA, SURİYA, ABŞ...

Mətbuat konfransında Gürcüstan-Rusiya münasibətləri haqda da sual verilib. Putin deyib ki, pozitiv siqnallar hiss edir. Ancaq əlavə edib:

«İndiki prezident cənab Saakashvili vəziyyəti dalana dirəyib. Rusiya Cənubi Osetiya və Abxaziya ilə bağlı qərarını dəyişə bilməz. Gürcüstan isə onların müstəqilliyini tanımır».

Rusiya prezidenti Moskvanın Gürcüstanla əlaqələri normallaşdırmaq istədiyini, ancaq bunun daha çox Gürcüstana lazım olduğunu da söyləyib.

Polşa televiziyasının əməkdaşı Polşa prezidenti Lech Kaczyński-nin qəzaya uğradığı təyyarənin qalıqlarının qaytarılmasından danışıb. Putin deyib ki, qalıqları qaytarmaq haqda qərarı istintaq verməlidir. Üstəlik də, qəzanı siyasiləşdirməməyə çağırıb. Onun fikrincə, qəzaya səbəb hava şəraiti olub.

Vladimir Putin ABŞ-Rusiya münasibətlərinin vaxtilə «pis olmadığını» bildirib. İraq məsələsindən sonra fikir ayrılıqları yaranıb:

«Saddam-ı asdılar, amma ölkə dağılmaqdadır».

Rusiya lideri Suriyada yaşananlara da münasibət bildirilib:

Rusiyalılar Vladimir Putin-in illik mətbuat konfransına baxırlar

Rusiyalılar Vladimir Putin-in illik mətbuat konfransına baxırlar

«Liviyada nə baş verir? Münaqişələr davam edir, ABŞ səfiri öldürülüb. Siz istəyirsiz ki, biz bu yanlışları Suriyada da təkrarlayaq? Biz Assad-a görə narahat deyilik. Bizi narahat edir ki, sonra nə olacaq?..».

DÜNYANIN AXIRINI DEDİ

«Life-news»: «Sizin haqqınızda çoxlu lətifələr gəzir. Yəqin köməkçiləriniz danışıblar».

Putin «Qorxurlar» deyir. Jurnalist bildirir ki, son lətifələrdən biri dünyanın axırı haqqındadır. Putin dünyanın dağılacağı vaxtı söyləyir: 4.5 milyard ildən sonra dünyanın sonu gələcək. O qiyamət günündən qorxmadığını da bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG