Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:54

Azərbaycanda malyariya xəstəliyi 75 faiz azalıb


2000-ci ildən bu yana Azərbaycanda malyariyaya yoluxmanın səviyyəsi 75 faiz azalıb.

APA-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının malyariya ilə bağlı illik hesabatında belə deyilir.
Təşkilat Azərbaycanda malyariya ilə bağlı vəziyyəti “Ləğvetmə” mərhələsi kimi qiymətləndirib.

2011-ci ildə Azərbaycanda 4 malyariyaya yoluxmaya fakt qeydə alınıb ki, 2000-ci ildə bu rəqəm 150, 2002-ci ildə isə 60 olub.

Hesabat 99 ölkəni əhatə edir.

Təşkilatın hesablamalarına görə, 2010-cu ildə dünyada 219 milyon malyariyaya yoluxma faktı qeydə alınıb, 660 min nəfər bu xəstəlikdən ölüb.
Ölənlərin əksəriyyəti yaşı beşədək olan uşaqlardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG