Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:31
Bu günlərdə insult keçirmiş İraq prezidenti Jalal Talabani müalicə üçün Almaniyaya götürülüb.

France-Press agentliyinin məlumatına görə, o Berlin xəstəxanasındadır.

Yerli həkimlər bundan əvvəl Talabanin səhətinin getdikcə yaxşılaşdığını bildirmişdilər.
Amma bəzi agentliklər onun hələ də huşsuz vəziyyətdə olduğunu bildirirlər.

Jalal Talabani 2007-ci ildə İordaniyada xüsusi müalicə alıb, bundan bir il sonra isə Birləşmiş Ştatlarda ürəyindən əməliyyat olunub.

Kürd icmasını təmsil edən Talabani 2005-ci ildən İraq prezidentidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG